Bakı. Trend:
Böyük Britaniyanın bir sıra şəhərlərində anti-miqrantnümayişləri və onlara qarşı təşkil olunan etiraz aksiyaları zamanıtoqquşmalar qeydə alınıb.
Trend“Independent”ə istinadla xəbər verir ki, Bristolda polis atlıqüvvələrin dəstəyi ilə Kasl parkda toplaşan iki rəqib qrupuayırmağa çalışıb. Hadisə zamanı etirazçılarla polis arasındagərginlik yaşanıb.
Horley şəhərində isə təxminən 200 nəfərlik anti-immiqrasiyaqrupu ilə “Stand Up to Racism” təşkilatının 50-yə yaxın fəalıüz-üzə gəlib. İrqçiliyə qarşı çıxan nümayişçilər “Nifrət yox, qorxuyox, qaçqınlar buraya xoş gəlib” şüarları səsləndiriblər, qarşıtərəf isə əks şüarlarla çıxış edib.
Miqrantların otellərdə yerləşdirilməsinə qarşı etiraz aksiyalarıhəmçinin Liverpul, Nyukasl, Pert, Ekseter, Tamvort və digərşəhərlərdə də keçirilib. Demək olar ki, bütün bölgələrdə əks-etirazaksiyaları da təşkil olunub.
Qeyd edək ki, bu tip aksiyaların intensivləşməsi Eppingşəhərində yerləşən “The Bell Hotel”də keçirilən etirazlardan sonrabaşlayıb.