“ABŞ prezidenti Donald Tramp həqiqətən də Nobel Sülh Mükafatına layiqdir“.
AzPost bildirir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev “Al Arabiya” telekanalına eksklüziv müsahibəsində deyib.
“Biz Ermənistanla birlikdə Prezident Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürdük”, – deyə Azərbaycan prezidenti bildirib.
İlham Əliyev Trampın “Afrika, Asiya və Cənubi Qafqazda möcüzə” yaratdığını vurğulayaraq, ABŞ prezidentinin mehribanlığını və alicənablığını qeyd edib: “Bu onun xarakteridir, təbiəti belədir. O, sülh istəyir. O, həqiqətən də böyük hörmətə layiq insandır”.
İlham Əliyev onu da qeyd edib ki, Trampa münasibəti həmişə müsbət olub: “Bir siyasətçi kimi mənim ona münasibətim, hətta onun ilk prezidentlik dövründə belə həmişə müsbət olub. Baxmayaraq ki, o vaxt görüşmək imkanımız olmayıb. Xüsusilə də dərin dövlət nümayəndələrinin seçki saxtakarlığına görə o, seçilmək imkanını itirəndə”, – deyən Azərbaycan prezidenti əlavə edib ki, o zaman “Trampın qələbəsini oğurladılar”.
Azərbaycan lideri onu da qeyd edib ki, Tramp prezident olmayanda özünü çox layiqli aparıb: “O, böyük cəsarət və ləyaqət nümayiş etdirib. Bütün bu qurbağa dol bataqlığa qayıtmaq….Bilirsiniz, USAİD, “Azadlıq” radiosu, The Washington Post, The New York Times, The Wall Street Journal, Newsweek, saxta xəbərlər – onların hamısı onu eyni şəkildə İblis kimi təqdim edirdilər”.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin “Al Arabiya” telekanalına tam müsahibəsi gələn həftə yayımlanacaq.