AZ

Ukrayna səfiri: Türkiyə Ukraynaya hərbi kontingent göndərməyi nəzərdən keçirir

Türkiyə Kiyevə təhlükəsizlik təminatları çərçivəsində öz hərbi kontingentini Ukraynaya göndərmək imkanını nəzərdən keçirir.

APA "RBK Ukrayna" saytına istinadən xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlalov bildirib.

Onun sözlərinə görə, Türkiyə Kiyevə təhlükəsizlik təminatlarının verilməsi çərçivəsində Ukraynaya hərbi göndərməyə potensial olaraq hazır olan 10 ölkədən biridir.

Diplomat əlavə edib ki, Türkiyənin Ukraynaya təhlükəsizlik təminatları kompleksində iştirak məsələsini ölkənin milli müdafiə naziri Yaşar Gülərlə müzakirə edib.

Seçilən
0
3
apa.az

4Mənbələr