AZ

Ankara Ukraynaya hərbçi göndərilməsi imkanını nəzərdən keçirir

Yazını böyüt
Yazını kiçilt

Türkiyə ən azı müharibədən sonra Qara dənizin minalardan təmizlənməsinə qoşulmağa hazırdır. Ankara, həmçinin təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynaya hərbçilərin göndərilməsi imkanını da nəzərdən keçirir.

Hafta.az xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal telemarafonun efirində bildirib.

“Mən elə dünən Türkiyənin müdafiə naziri Yaşar Gülər ilə görüşmüşəm, çox gözəl söhbətimiz oldu. Türkiyə yaxın vaxtlarda Qara dənizin minalardan təmizlənməsinə qoşulmağa hazırdır. Türkiyə tərəfi dənizin minalardan təmizlənməsi ilə yanaşı, yerüstü minalardan təmizlənmədə iştirakını da nəzərdən keçirir”, - deyə səfir bildirib.

N.Cəlal əlavə edib ki, Türkiyə Ukraynaya hərbçi göndərməyə hazır olan 10 ölkədən biridir: “Biz Türkiyənin bu cür addımlarını alqışlayırıq”.

Seçilən
3
13
hafta.az

10Mənbələr