Türkiyənin birinci xanımı Əminə Ərdoğan ABŞ-ın birinci xanımı Melaniya Trampa məktub göndərərək onu Qəzzadakı uşaqların acınacaqlı vəziyyəti ilə bağlı məsələ qaldırmağa çağırıb.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Agentliyin məlumatına görə, Ə.Ərdoğan yazıb ki, onu ABŞ liderinin həyat yoldaşının məktubu “ilhamlandırıb”. Həmin məktub Donald Tramp vasitəsilə Alyaskada Rusiya Prezidenti Vladimir Putinə çatdırılıb və Ukrayna münaqişəsi fonunda uşaqların vəziyyəti ilə bağlı olub:
"Mən inanıram ki, 648 ukraynalı uşağa qarşı göstərdiyiniz əhəmiyyətli həssaslıq Qəzzaya da tətbiq olunacaq”.
Türkiyənin birinci xanımı həmçinin məsələ ilə bağlı İsrailin Baş naziri Benyamin Netanyahu ilə əlaqə saxlamağa çağırıb və qeyd edib ki, Qəzzadakı vəziyyətin həlli “Fələstin xalqı qarşısında tarixi məsuliyyətə” uyğun olacaq.