AZ

Zelenski Rusiyanı yeni sanksiyalarla VURDU

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və onunla əlaqəli olduğu şəxslərə qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı iki fərman imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna lideri öz "Telegram" kanalında məlumat verib.

Dövlət başçısı qeyd edib ki, fərmanlardan biri çərçivəsində Ukrayna sanksiyaları Kanada sanksiyaları ilə sinxronlaşdırılır. Belə ki, məhdudiyyətlər 139 fiziki və hüquqi şəxsə şamil olunacaq.

Ukrayna Prezidenti yazıb: “Bugünkü ikinci fərman ruslara torpaqlarımızda işğal rejiminin saxlanmasına eyni dərəcədə kömək edən və faktiki olaraq Rusiya dövlətinə himayədarlıq edən müxtəlif ölkələrin 28 vətəndaşına qarşı sanksiyalardır”.

Seçilən
30
5
publika.az

10Mənbələr