AZ

Premyer Liqa: “Kəpəz” “Karvan-Yevlax”a uduzub

Misli Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

Aznews.az xəbər verir ki, günün yeganə matçında “Kəpəz” “Karvan-Yevlax”la üz-üzə gəlib.

Qarşılaşma Yevlax təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:2.

Qalibiyyət qollarını 38-ci dəqiqədə penaltidən Coy Sleyd Mikels, 52-ci dəqiqədə Tompson Qavi, 89-cu dəqiqədə Kayl Spens vurub. 77-ci dəqiqədə Məqsəd İsayev, 90+6-cı dəqiqədə isə Vitor Feyjao Gəncə klubunun təsəlli qoluna imza atıblar.

Seçilən
19
10
aznews.az

10Mənbələr