AZ

Tarixi dövrlərə aidə 10 ən maraqlı fantastik və elmi fantastik film (SİYAHI)

ain.az bildirir, Qaynarinfo portalına istinadən.

Elmi-fantastik filmlər adətən gələcəkdə və ya alternativ reallıqlarda baş versə də, bəzən keçmişdən ilham alaraq tarixi dövrləri yenidən təsəvvür edirlər. 

Qaynarinfo xəbər verir ki, "Screen Rant"ın tərtib etdiyi siyahıda tarixi fon üzərində qurulan 10 diqqətçəkən fantastik və elmi-fantastik film yer alır.

10. 65 (2023)

Naməlum bir planetə düşən pilot Mills (Adam Driver) əslində 65 milyon il əvvəlki Yer üzündə olduğunu anlayır. Dəhşətli tarixöncəsi canlılarla mübarizə apararaq sağ qalmağa çalışır.

9. Prey (2022) - "Yırtıcı"

300 il əvvəl Şimali Amerikada yaşayan döyüşçü Naru, qəbiləsini təhlükədən qorumaq üçün mübarizəyə atılır. Film, "Predator" seriyasının əvvəlki dövrünü təsvir edir.

8. Poor Things (2023) - "Zavallılar"

Dr. Godwin Baxter tərəfindən həyata qaytarılan Bella Baxter adlı gənc qadının fantastik dəyişimini izləyən film, həm estetik üslubu, həm də fəlsəfi məzmunu ilə ön plana çıxır. Emma Stone bu roldakı ifasına görə "Ən yaxşı qadın oyunçu" Oscarını qazandı.

7. The Prestige (2006) – "Prestij”

1890-cı illərin Londonunda iki sehrbaz bir-birini üstələmək üçün ölüm-dirim mübarizəsinə girir. Elm, illüziya və gizemlə zəngin bir hekayədir.

6. Apollo 10 1/2: A Space Age Childhood (2022) – "Ulduz çağı uşaqlığı”

1969-cu ilin yayında, Houston şəhərində yaşayan bir uşağın gözü ilə "Aya eniş” hadisəsini və həmin dövrün ruhunu təqdim edir.

5. Cowboys & Aliens (2011) – "Kovboylar və uzaylılar”

1873-cü ildə Arizonaya enən yadplanetlilər yerli kovboy və qəbilələrlə qarşı-qarşıya gəlir. Qərb kinosu ilə elmi-fantastikanın qarışığıdır.

4. The Shape of Water (2017) – "Suyun səsi”

1960-cı illərdə gizli hökumət laboratoriyasında təmizləyici qadın Elisa, suda saxlanılan insansı canlı ilə qeyri-adi bağ qurur. Guillermo del Toro-nun imzası olan film "Ən yaxşı film” də daxil olmaqla 4 Oscar qazanıb.

3. Captain America: The First Avenger (2011)

İkinci Dünya müharibəsi illərində zəif və cılız gənc Steve Rogers gizli eksperiment nəticəsində "Kapitan Amerika”ya çevrilir və faşizmə qarşı döyüşür.

2. Wonder Woman (2017)

Amazon prensesi Diana, birinci dünya müharibəsini dayandırmaq üçün döyüşə qoşulur. Güc, ədalət və sülh mövzularını birləşdirən film, qadın qəhrəman obrazı ilə yadda qaldı.

1. The Iron Giant (1999) – "Dəmir nəhəng”

1957-ci ildə Meində yerə enən nəhəng bir robot, 9 yaşlı Hogarth adlı uşağın dostuna çevrilir. Sülh və dostluq haqqında təsirli bir animasiya filmi.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
qaynarinfo.az

1Mənbələr