AZ

Londondan Bremenə yollandı

Karl Heyn “Arsenal”ı tərk edib.

"Football-plus.az" xəbər verir ki, o, karyerasını Almaniyada davam etdirəcək. Gənc qapıçı icarə əsasında “Verder”ə keçib. Bu haqda London klubunun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.

Heyn ötən mövsümü icarə əsasında “Valyadolid”də keçirib. Estoniyalı futbolçu La Liqada 31 oyuna çıxıb və 68 top buraxıb.

Seçilən
21
football-plus.az

1Mənbələr