AZ

Adil Şükürov: "Çalışacağıq ki, itirdiyimiz xalların əvəzini qarşıdakı oyunlarda çıxaq" 

"Çalışacağıq ki, itirdiyimiz xalların əvəzini qarşıdakı oyunlarda çıxaq".

Operativ Media xəbər verir ki, bunu "Karvan-Yevlax" ilə oyundan sonra "Kəpəz"in baş məşqçisi Adil Şükürov deyib.

O, azarkeşlərin narazı qalması məsələsinə  toxunub.

 "Düşünürəm ki, biz topla daha çox oynadıq. Amma, rəqib ələ düşən imkanlardan istifadə etdi. Bizim üçün ən önəmli məsələlərdən biri azarkeşlərin bizdən narazı qalması idi, haqları da var. Onlar komandadan qalibiyyət istəyirlər. Qalibiyyəti də almalıdırlar. Onların bu istəyini həyata keçirə bilmədiyimiz üçün çox üzgünük. Amma, biz irəli baxırıq. Çalışacağıq ki, itirdiyimiz xalların əvəzini qarşıdakı oyunlarda çıxaq".

Seçilən
0
operativmedia.az

1Mənbələr