AZ

Lerikdə istinad divarı tikilən zaman torpaq sürüşməsi olub

Lerik rayonunda torpaq sürüşməsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Çayurd kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini, İnşəllah Mirzəyevə məxsus həyətyanı sahədə FHN-in əməkdaşları istinad divarı tikən zaman iri torpaq layları qoparaq yaşayış evinin ətrafına doğru hərəkət edib. 

Uçqun zamanı evə ziyan dəyməsə də, burada yaşamağın təhlükəli olduğu bildirilir. İ.Mirzəyevin sözlərinə görə, evin hər an sürüşmə nəticəsində uçmaq təhlükəsi yaranıb.

"Cebheinfo.az" 

Seçilən
4
1
cebheinfo.az

2Mənbələr