Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatı sona yaxınlaşır.
Publika.az xəbər verir ki, yarışın yeddinci günündə daha 2 yunan-Roma güləşçimiz fəxri kürsüyə qalxıb.
Turan Daşdəmirov (55 kq) finalda iranlı Payam Balutakiylə gərgin mübarizə şəraitində keçən görüşdə 3:5 hesabıyla məğlub olub və gümüş medalı boynundan asıb.
Fəraim Mustafayev (67 kq) isə yaponiyalı Takaku Suzukiyə 5:4 hesabıyla qalib gələrək dünya üçüncüsü olub.