AZ

Ukraynada gedən döyüşlərdə daha bir azərbaycanlı həlak oldu

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
 
Əfqan Orucov Sumı vilayətində gedən döyüşlər zamanı həyatını itirib.
 
Qostomel qəsəbəsində yaşayan həmyerlimiz avqustun 19-da ölüb.
 
Məlumata görə, Əfqan Orucov ərazi müdafiə taborunda pilotsuz uçuş aparatlarının idarəsi üzrə xidmət göstərib.
 
Xatırladaq ki, bir müddət əvvəl Rusiya-Ukrayna müharibəsində Şəmkir şəhərində anadan olmuş, Rusiya vətəndaşı, 1989-cu il təvəllüdlü Rasim Kazımov may ayında gedən döyüşlər zamanı həlak olub.
 
(Oxu.az)
Seçilən
97
18
moderator.az

10Mənbələr