Səbail rayonunun Badamdar qəsəbəsində bədbəxt hadisə baş verib. Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Rafiq İsgəndərov küçəsində 50-55 yaşlı kişi tikinti aparılması üçün qazılan quyuya düşüb. Onun başından xəsarət aldığı bildirilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Yaralı xilas edilərək həkim nəzarətinə götürülüb.