“Türkiyənin müdafiə naziri Yaşar Gülər ilə görüşdə əməkdaşlığın genişləndirilməsi, o cümlədən minalardan təmizlənməsi sahəsində müzakirələr aparılıb”.
Referans xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal məlumat verib.
“Mən dünən Türkiyənin müdafiə naziri Yaşar Gülər lə görüşdüm, çox yaxşı söhbət etdik. Türkiyə yaxın gələcəkdə Qara dənizin minalardan təmizlənməsi əməliyyatına qoşulmağa hazırdır. Türkiyə tərəfi humanitar ərazilərin minalardan təmizlənməsində iştirakla bağlı təklifləri nəzərdən keçirir. Türkiyə Ukraynaya qoşun yeritməyə hazır olan on ölkə sırasındadır.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski bir müddət əvvəl Türkiyənin təhlükəsizlik zəmanətlərinə qoşulmağa hazır olduğunu açıqlayıb. Bildirib ki, Ankara dəniz təhlükəsizliyi üçün məsuliyyəti öz üzərinə götürmək iqtidarındadır.
Ancaq Türkiyə Müdafiə Nazirliyi türk sülhməramlı kontingentinin Ukraynaya göndərilməsi ehtimalı ilə bağlı xəbərləri təkzib edib.
“Türkiyə regionda sülh və sabitliyi təşviq edən və bu istiqamətdə bütün təşəbbüslərə öz töhfəsini verməyə çalışan ölkədir. Lakin əvvəlcə Rusiya ilə Ukrayna arasında atəşkəs əldə olunmalı, daha sonra isə aydın şəkildə müəyyən edilmiş mandatla missiyanın çərçivəsi müəyyənləşməlidir. Hər bir ölkənin buna töhfəsinin həcmini dəqiqləşdirmək lazımdır”, – nazirlik vurğulayıb./Globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta