Türkiyədə turisti Kapadokiyada bayraq dirəyində rəqs etdiyinə görə həbs cəzası gözləyir.
Publika.az xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.
Video Kapadokiyanın əsas turistik yerlərindən birində çəkilib. Burada qızın bayraq dirəyinə dırmaşaraq akrobatik fəndlər yerinə yetirməsi göstərilir. Video sosial şəbəkələrdə yayılıb, bundan sonra turist milli simvolu təhqir etməkdə günahlandırılıb.
Nəticədə prokurorluq dövlət rəmzlərini təhqir etmə, türk millətini və ya onun qurumlarını aşağılama maddəsi ilə cinayət işi açıb. Turisti bir ildən üç ilə qədər həbs gözləyir.