AZ

Ronaldo vurduğu qolla dünya futbol tarixinə düşdü

Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Səudiyyə Ərəbistanı Super Kubokunda Al Nassr və Al Ahli qarşı-qarşıya gəlib. Komandasının ilk qolunu vuran Cristiano Ronaldo, 4 fərqli klubla 100 qola çatan futbol tarixinə düşən ilk oyunçu olub. Normal vaxtı 2-2 başa çatan oyunda kuboku penaltilərdə Al Ahli qazanıb.

Al Nassrın qollarını 41-ci dəqiqədə Cristiano Ronaldo və 83-cü dəqiqədə Marcelo Brozoviç vurub. Al Ahli-nin qolları isə 45+6-cı dəqiqədə Franck Kessie və 89-cu dəqiqədə Roger Ibanez-dən gəlib.

90 dəqiqəlik oyun 2-2 başa çatdıqdan sonra birbaşa penaltilərə keçilib. Penaltilərdə Al Ahli, Al Nassr-ı 5-3 hesabı ilə məğlub edərək kuboka sahib olub.

Al Ahli-də millimizin futbolçusu Merih Demiral oyuna əsas heyətdə başlayıb və 51-ci dəqiqədə sarı vərəqə alıb.

Cristiano Ronaldo, vurduğu qolla 4 fərqli komandada 100 qol həddini aşan futbol tarixinə düşən ilk oyunçu olub. Portuqaliyalı ulduz bunu Real Madrid, Manchester United, Juventus və Al Nassr formalarında bacarıb.Lalə Qüdrətova

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
3
news.milli.az

4Mənbələr