Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo tarixdə dörd fərqli klubda 100 qol vuran ilk futbolçu olub.
Publika.az xəbər verir ki, avqustun 23-də "Əl-Nəsr" Səudiyyə Ərəbistanı Superkuboku matçında "Əl-Əhli"yə uduzub (əsas vaxt 2:2, penaltilər seriyası 3:5). Ronaldo əsas vaxtda “Əl-Nəsr”in heyətində 100-cü qolunu penaltidən vurub.
Ümumilikdə Ronaldo “Real Madrid”də 450 , “Mançester Yunayted”də 145, “Yuventus”da 101, “Əl-Nasr”da isə 100 qol vurub.