AZ

Türkiyədə ağır yol qəzası baş verib, 4 nəfər ölüb

Türkiyənin Malatya vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Cebheinfo.az"  "Haberglobal"a istinadən xəbər verir ki, hadisə Malatya-Kayseri magistral yolunun Akçadağ rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Hadisənin təfərrüatı və yaralıların vəziyyəti barədə məlumat paylaşılmayıb.

"Cebheinfo.az" 

Seçilən
13
6
cebheinfo.az

7Mənbələr