AZ

Göygöldə yol qəzası: ata və azyaşlı oğlu xəsarət aldı

Göygöl rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Üçtəpə kəndində qeydə alınıb.

Kənd sakini Ülfət Temurazovun idarəetdiyi "VAZ-2107" markalı avtomobillə Gədəbəy rayon sakini Ələkbər Ələkbərova məxsus "Kia Rio" markalı minik avtomobili toqquşub. Nəticədə, Ələkbər Ələkbərov və onun azyaşlı övladı Tunar Ələkbərov bədən xəsarətləri alıblar.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.

Seçilən
27
publika.az

1Mənbələr