Bir müddət əvvəl evlilik təklifi ilə gündəmə gələn portuqaliyalı hücumçu Kristiano Ronaldo və sevgilisi Corcina Rodrigez bu dəfə evlilik müqaviləsi ilə yenidən gündəmi zəbt ediblər.
Axar.az xəbər verir ki, toydan əvvəl imzalanacaq müqavilənin detalları diqqət çəkib.
Belə ki, cütlük ayrılsa, Ronaldo Corcinaya hər ay 121 min dollar ödəyəcək və toydan əvvəl ona 5,6 milyon dollarlıq əmlak hədiyyə edəcək.
Uşaqlarının xərcləri üçün futbolçu hər ay 500 min dollar təminat verəcək, həyat tərzi və xüsusi baxım üçün isə ildə 2 milyon dollar ayıracaq.
Ronaldo Corcinaya iki lüks avtomobil verəcək və ildə iki dəfə tətil təşkil edəcək. Əgər onlar ayrılarsa, Ronaldo 50 milyon dollar da təzminat ödəyəcək.