AZ

Tramp özünü müharibə qəhrəmanı adlandırdı

Əgər Amerika qüvvələri İranın nüvə obyektlərini bombalamasaydı, Tehran dörd həftə ərzində nüvə silahı yarada bilərdi. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp açıqlayıb. 

O, bunu jurnalist Mark Levinə müsahibəsində bu ilin iyulunda ABŞ Hərbi Hava Qüvvələrinin İranın nüvə obyektlərini bombalamasından danışarkən deyib:

"Yeri gəlmişkən, düşünürəm ki, onlar dörd həftə ərzində nüvə silahına sahib ola bilər və bundan istifadə edəcəkdilər". 

ABŞ lideri həmçinin deyib ki, həm o, həm də İsrailin baş naziri Benyamin Netanyahu müharibə qəhrəmanlarıdır, çünki onlar İranın nüvə silahı hazırlamasının qarşısını alıblar.

"Cebheinfo.az" 

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr