AZ

Ot tayasından yıxılan 64 yaşlı kişi xəstəxanada öldü

Beylaqan sakini bədbəxt hadisə nəticəsində ölüb.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, 1961-ci il təvəllüdlü Həsən Hüseynov bir neçə gün öncə ehtiyatsızlıqdan ot tayasından yıxılıb.

O, ağır vəziyyətdə Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma başlanılıb.

Bizim.Media

Seçilən
73
11
bizim.media

10Mənbələr