AZ

Bundesliqa: “Bayer” ilk turda “Hoffenhaym”a uduzdu

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 1-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, mövsümün açılış turunun ikinci oyun günündə daha altı görüş baş tutub.

“Bayer” mövsümə “Hoffenhaym”la ev oyunundakı məğlubiyyətlə başlayıb.

“Frayburq” evdə “Auqsburq”a, “Haydenhaym” isə “Volfsburq”a oxşar hesabla (1:3) uduzub.

Altı qolun qeydə alındığı “Sankt-Pauli” – “Borussiya” (Dortmund) matçında qalib müəyyənləşməyib.

“Ayntraxt” “Verder”i, “Union Berlin” isə “Ştutqart”ı məğlub yola salıb.

İlk turun qalan görüşləri avqustun 24-də keçiriləcək.

Almaniya, Bundesliqa
1-ci tur

22 avqust

Bayern – Leypsiq 6:0
Qollar: Olise, 27; 42. L.Dias, 32. H.Keyn, 64; 74; 78.

23 avqust

Bayer – Hoffenhaym 1:2
Qollar: Kuansa, 6 – Asllani, 25. Lemperle, 52.

Ayntraxt – Verder 4:1
Qollar: C.Uzun, 22. Bahoya, 25; 47. Knauff, 70 – Njinma, 48.

Frayburq – Auqsburq 1:3
Qollar: Qrifo, 58-pen – Yannulis, 32. Matsima, 42. Volf, 45+2.

Haydenhaym – Volfsburq 1:3
Qollar: Sçiensa, 29 – Olsen, 20. Svanberq, 66. Amura, 87-pen.

Union Berlin – Ştutqart 2:1
Qollar: Ansa, 18; 45+4 – Tomas, 86.

Sankt-Pauli – Borussiya (Dortmund) 3:3
Qollar: Huntondji, 50. Sinani, 86. Smit, 89 – Girassi, 39-öz qapısına. Anton, 67. Brandt, 74.

24 avqust

17:30. Maynts – Köln
19:30. Borussiya (Mönhenqladbax) – Hamburq

Seçilən
49
arena.az

1Mənbələr