AZ

Amerikalı pilot “Formula 1” yolunda

Amerikalı “IndyCar” pilotu Kolton Herta gələcəkdə “Formula 1”də çıxış edə bilər.

90deqiqe.Az-ın "IndyStar"a istinadən məlumatına görə, 25 yaşlı pilot “Andretti” komandasından ayrılaraq “Formula 2”yə keçməyi nəzərdən keçirir. Bu halda o, gələcəkdə F-1-də çıxış üçün tələb olunan superlisenziya xallarını toplamağa daha real imkan əldə edəcək.

Hazırda Kolton Herta “IndyCar” çempionatında şəxsi hesabda 8-ci pillədə qərarlaşıb. Mövsümün sonuna cəmi iki mərhələ qalmasına baxmayaraq, onun superlisenziya almaq şansı çox azdır. Lakin “Formula 2”yə keçid həm adaptasiya baxımından, həm də lisenziya toplamaq baxımından pilotun qarşısında yeni imkanlar aça bilər.

Məlumata görə, əgər Herta F2-də debüt edib yetərli xalları toplaya bilsə, “Formula 1”in yeni iddialı komandası olan ABŞ təmsilçisi “Kadillak” ilə müqavilə imzalamaq şansı əldə edəcək.

Kolton Herta bu iddialara qısa şəkildə münasibət də bildirib:

“Bunları mən də eşitmişəm. Amma hələlik bunlar sadəcə şayiələrdir” 

Seçilən
16
90deqiqe.az

1Mənbələr