AZ

Türkiyədən ABŞ səfirliyi ilə bağlı ŞOK QƏRAR

Türkiyənin Ali Konstitusiya Məhkəməsi ABŞ-ın Ankarada səfirlik binası üçün aldığı torpaq sahəsinin satışını qanunsuz hesab edib.

Sözcü qəzeti yazır ki, bir ay sonra məhkəmə iddianı yenidən gözdən keçirəcək və səfirlik binasının qanunsuz tikili kimi tanınması mümkün olacaq.

Torpaq sahəsi 37 min kvadratmetrdir və Çukurambar bölgəsində yerləşir. ABŞ diplomatik missiyası bu torpaq sahəsini 2017-ci ildə əldə edib. Əvvəllər bu ərazi Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün “Meşə ferması”nın bir hissəsi olub və xalq üçün vəsiyyət edilmişdi. İddia keçmiş Ankara Memarlar Palatasının sədri Tezcan Candan tərəfindən irəli sürülüb.

Məlumata görə, ABŞ bu torpaq sahəsini 88 milyon dollara alıb və səfirlik binasının tikintisinə əlavə 580 milyon dollar xərcləyib.

Musavat.com

Seçilən
5
editor.az

1Mənbələr