AZ

Ramafosa Avropa liderləri ilə nələri müzakirə etdi?

Cənubi Afrika Prezidenti Siril Ramafos telefonla Fransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb və Vladimir Zelenski ilə Ukrayna böhranını və onun sülh yolu ilə həlli yollarının axtarışını müzakirə edib.

Axar.az xəbər verir ki, bu barədə CAR-ın prezident administrasiyası məlumat yayıb.

“Digər Avropa liderləri ilə növbəti telefon danışıqları qarşıdakı günlər və həftələr ərzində keçiriləcək. Ramafosa, Rusiya Prezidenti Vladimir Putinin ötən həftə ABŞ Prezidenti Donald Trump ilə görüşündən sonra ona verdiyi məlumatı yüksək qiymətləndirdi. Müzakirələr zamanı tərəflər fikirlərini açıq şəkildə bölüşdülər, Cənubi Afrikanın münaqişənin hər iki tərəfi ilə əlaqə qurmaq rolunu yüksək dəyərləndirdilər və prezidentimizin səylərini dəstəklədilər. Məqsəd Ukraynada döyüşlərin dayandırılmasıdır”, - məlumatda bildirilib.

Seçilən
9
5
axar.az

6Mənbələr