Sitka və Alyaska arxiyepiskopu Aleksi Rusiya prezidenti Vladimir Putinlə Alyaskada görüşdüyü üçün üzr istəyib.
Arxiyepiskopun açıqlaması Amerikadakı pravoslav kilsəsinin rəsmi saytında yayımlanıb.
O bildirib ki, Putini Ankoric Sammitində dinc qonaqpərvərlik ruhunda qarşılamaqla yaranan qalmaqaldan “dərin təəssüflənir”.
Aleksi qeyd edib ki, Sitka və Alyaska yeparxiyası Amerikadakı Pravoslav Kilsəsinin bir hissəsidir və missiyası Arktikadan Mərkəzi Amerikaya qədər bir çox xalqları, mədəniyyətləri və dilləri əhatə edir. O, həmçinin sülh üçün təşkil etdiyi üç günlük duaları xatırladaraq bildirib ki, onun hərəkətini kədər və ya çaşqınlıq səbəbi kimi qəbul edən hər kəsdən üzr istəyir. \\Musavat.com