İranın Kərəc şəhərində səbəbi məlum olmayan partlayışlar baş verib.
Axar.az xəbər verir ki, bu barədə görüntüləri "Azad İran" yayıb.
Bildirilib ki, şəhərin üç hissəsində eyni anda partlayış baş verib və hadisə yerindən səmaya tüstü qalxıb.
Partlayışın detalları hələlik məlum deyil.