Rusiyanın cənubundakı Soçi şəhərindəki bu dəhşətli hadisə haqda o zaman bütün mətbuat yazmışdı. İki naməlum şəxs Soçidə gündüz vaxtı gözəllik müsabiqəsinin qalibi olan 17 yaşlı qızın üzərinə sulfat turşusu(kislota) tökmüşdülər.
Ermənilərin birbaşa iştirakçısı olduğu bu dəhşətli hadisəni xatırladırıq.
Həmin gün 17 yaşlı Elenora Kondratyuk rəfiqələri ilə dəniz gəzintiyə çıxmağa hazırlaşırdı. Bir müddət əvvəl "Miss Soçi" gözəllik yarışmasında qalib gələn Elonora bir neçə gündən sonra Moskva gözəllik müsabiqəsinə qatılmalı idi, o, paytaxtda da yüksək yer tutacağını gözləyirdi.
Yolda sahilə gedərkən oxuduğu köhnə 76 saylı məktəbin yanında arxadan güclü biri onun saçını arxadan dartaraq qızın üzünü göyə qaldırmasına səbəb olub, sonra da onun üzünə və sinəsinə nəsə töküldü...
Əvvəlcə qız nə baş verdiyini anlamadı, sadəcə təəccübləndi ki, ətrafındakı hər şey qara rəngə çevrildi. Və sonra kəskin bir ağrı gəldi. Qız kor-koranə məktəb binasına qaçdı. Orada keçmiş müəllimlər onu gördülər, onlardan biri əmək müəllimi nə baş verdiyini təxmin etdi. Tibb bacısı ilkin tibbi yardım göstərib, bundan sonra qız əvvəlcə yerli xəstəxanaya, sonra isə Krasnodar şəhərinə aparıldı.
Həkimlər Elonoraya dördüncü dərəcəli kimyəvi yanıq diaqnozu qoydular. Həkimlər iki aya yaxın qızın həyatı üçün mübarizə apardılar.
İlk ifadəsində Elenora ona qarşı bu cinayəti kimin edə biləcəyini dərhal xatırlamadı. Yalnız bir müddət sonra ona hücumdan az əvvəl Ruben Qriqoryanın köməkçisinin zəng etdiyini xatırladı. Məlum oldu ki, zəng edən modelə “sonuncu dəfə xəbərdarlıq edərək ” Qriqoryana diqqət göstərib-göstərməyəcəyini soruşub. Kondratyuk isə artıq bir neçı dəfə ona “dostluq” təklif edən Qriqoryana yenə imtina edib.
Məlum olub ki, gözəllik müsabiqəsində qalib gəldikdən sonra yerli kriminalın bossu olan erməni 17 yaşlı Elenoraya yaxınlaşaraq ona diqqət göstərməyə başlayıb. Qız isə bu diqqətə məhəl qoymayıb. Qız sonralar deyib ki, Qriqoryan o qədər hislərinə qapılıb ki, hətta özünü öldürə biləcəyini də deyib. Sonradan isə kriminal boss təhdidlərə keçib. Sonuncu dəfə onunla yaxınlıqdan imtina edən Qriqoryan qisas almaq qərarına gəlib. Bunun üçün o, əvvəllər məhkum olunmuş iki erməniyə 3 min dollar verib. Cinayətkarlar üçün nəqliyyat vasitəsi, həmçinin 92% sulfat turşusu ilə verilib. Zavallı qızın üzünü yandırdıqdan sonra Qriqoryanın özünü sığortalamaq üçün Soçini tərk edir.
Amma təkcə Soçidə deyil, bütün Rusiyada ciddi rezonans doğurmuş cinayətin açılması üçün xüsusi qrup yaradılır və tezliklə həm cinayəti törədənlər, həm sifarişçinin kimliyi bəlli olur. Əvvəlcə cinayətib törətmiş ermənilər ələ keçiriblər. Sonra isə Kareliyaya qaçmağa müvəffəq olan Qriqorya həbs edilib. Həmin ilin payızında o, məhkəmənin qarşısına çıxdı və məhkəmə onu 11 il cəza kəsdi, icraçlılar isə 7 il həbslə canlarını qurtardılar.
Elonora Kondratyuk sağ qaldı. Normal həyata qayıtmaq üçün ona çox vaxt, səy və pul lazım idi, lakin "Miss Soçi" bunun öhdəsindən gəldi və sonra baş verənlər haqqında kitab yazdı...
Musavat.com