Gün ərzində Qəzzada azı 70 nəfər öldürülüb.
"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, avqustun 23-də İsrailin hücumları nəticəsində azı 70 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.
Xatırladaq ki, daha əvvəl Qəzzada aclıqdan ölənlərin sayının 281 nəfərə çatdığı, onlardan 114-nün uşaq olduğu məlumatı paylaşılmışdı.