Bakı, 23 avqust, AZƏRTAC
Misli Premyer Liqasında ikinci turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Karvan-Yevlax" "Kəpəz"lə qarşılaşıb. Görüş Yevlax təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun əvvəlki oyunlarında "İmişli" "Neftçi" ilə qolsuz heç-heçə edib. "Sumqayıt" isə səfərdə "Qarabağ"ı (1:0) üstələyib. Digər matçlar avqustun 24 və 25-də təşkil olunacaq.