AZ

"Apple" 2026-cı ilin yazında "Face ID" və M4 prosessorlu "iPad Air" təqdim edəcək

Bakı. Trend:

"Apple" gələn ilin yazında M4 prosessorla təchiz edilmiş yeni"iPad Air" modelini və ilk dəfə olaraq bu seriyaya "Face ID" üztanıma sistemini əlavə edəcək.

Trend-in"Bloomberg"ə istinadən məlumatına görə, indiyədək "Face ID" yalnız"iPad Pro" modellərinə xas idi. Şirkət "iPad Air"i onlardanfərqləndirmək üçün bu funksiyanı qəsdən təqdim etmirdi. Son illərdəplanşet seriyasına əsasən çip yenilikləri, "Center Stage"funksiyalı kamera və 13 düymlük versiya əlavə olunmuşdu.

Analitiklər hesab edirlər ki, "iPad Pro" artıq kifayət qədərüstünlüklərə malikdir – nazik dizayn, 120 Hz-lik OLED ekran,nanoteksturalı örtük və "Magic Keyboard" dəstəyi. Buna görə də,"iPad Air"ə "Face ID"nin gətirilməsi modellər arasında daxilirəqabət yaratmayacaq.

Mütəxəssislərin fikrincə, yeni nəsil "iPad Air" həm əsas "iPad",həm də flaqman "iPad Pro" arasında orta seqmentdə mövqeyinimöhkəmləndirəcək və 2020-ci ildən bəri böyük dəyişiklik görməyən bucihaza marağı artıracaq.

Seçilən
20
2
az.trend.az

3Mənbələr