AZ

IV qrup üzrə 600-dən yuxarı bal toplayan 130 abituriyent Naxçıvan Dövlət Universitetini seçib

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb. Nəticələrə əsasən, Naxçıvan Dövlət Universiteti (NDU) yüksək qəbul göstəriciləri ilə ölkə universitetləri arasında fərqlənib. Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında IV qrup üzrə 600-dən yuxarı bal toplamış 130 abituriyentin seçimi NDU olub.

IV qrup üzrə ən yüksək keçid balına malik universitetlər sırasında NDU da yer alır. Tibb (tədrisi ingilis dilində) ixtisası üzrə keçid balı 607 olub. Bundan başqa, tibb ixtisasında minimal keçid balı 604.100, stomatologiya ixtisasında isə 600.400 bal təşkil edib. Plan yerləri 100 faiz dolub, universitet tarixində rekord göstərici qeydə alınıb.

Seçilən
20
2
sia.az

3Mənbələr