GƏNCƏ, 24 avqust. TELEQRAF
Gəncədən Sankt-Peterburq şəhərinə avqustun 23-də saat 16:40-da uçmalı olan AZAL-a məxsus təyyarə reysi təxirə salınıb. Teleqraf-ın Qərb bürosu xəbər verir ki, sərnişinlərin bir çoxu Gəncə Beynalxalq Hava Limanında qalıb. Bundan başqa Gəncədən Moskavaya avqustun 24-də saat 03:05-də uçmalı olan təyyarə reysi də təxirə salınıb.
İlkin məlumata görə, buna səbəb Rusiyada hava məkanının bağlanmasıdır. Gəncə-Sankt-Peterburq reysinin nə zaman reallaşacağı ilə bağlı dəqiq xəbər yoxdur. Gəncə - Moskva reysinin isə avqustun 24-də 08:10 radələrində uçması gözlənilir.
Məlumat üçün bildirək ki, Gəncədən Sankt - Peterburqa 149, Moskvaya isə 156 sərnişinin yola düşəcəyi nəzərdə tutulub.