İsrail ordusu Qəzza şəhərində mövqelərini möhkəmləndirir.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail tankları Qəzzanın daha bir rayonuna - Sabraya daxil olub.
Bu həftənin əvvəlində Zeytun rayonunda İsrail ordusunun zirehli texnikası görünüb. Bundan əvvəl ordunun Qəzza şəhərinin ətrafını işğal etdiyi məlum olub.