AZ

Almaniyada Xristian Demokratlar blokunun reytinqi son üç ayın ən aşağı səviyyəsinə düşüb

Bakı. Trend:

Almaniyada aparılan son ictimai rəy sorğusu göstərib ki,Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı(XDİ/XSİ) blokunun reytinqi son üç ayın ən aşağısəviyyəsindədir.

Trend-in məlumatına görə, “Insa” İnstitutunun “Bild” qəzetininsifarişi ilə apardığı sorğuda iştirak edənlərin yalnız 25 faiziXristian blokuna dəstək verib. Bu, iyun ayında 28 faiz səviyyəsindəolan göstəricidən aşağıdır. XDİ/XSİ bu nəticə ilə ifrat sağçıAlmaniya üçün Alternativ (AfD) partiyası ilə eyni dəstəyəmalikdir.

Koalisiya hökumətinin tərəfdaşı Sosial Demokratlar Partiyasının(SPD) dəstəyi 15 faiz, “Yaşıllar”ın reytinqi 11 faiz olub. Solpartiyanı dəstəkləyənlərin sayı 2 faiz artaraq 11 faizə yüksəlib və“Yaşıllar”la eyni səviyyəyə çatıb.

Sahra Vaqenknext İttifaqı (BSW) 4 faiz, Azad Demokratik Partiya(FDP) isə 3 faiz dəstəyə sahibdir. Rəyi soruşulanların cəmi 6 faizidigər kiçik partiyaları dəstəklədiyini bildirib.

Seçilən
46
az.trend.az

1Mənbələr