AZ

Kanadanın Baş naziri Polşa, Almaniya və Latviyaya səfər edəcək

Kanadanın Baş naziri Mark Karni 25-27 avqust tarixlərində Polşa, Almaniya və Latviyaya səfər edəcək.

"Report"un məlumatına görə, bu barədə Kanada Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

"Mark Karni Avropa müttəfiqləri ilə münasibətlərin gücləndirilməsinə və ticarət, enerji, kritik minerallar, həmçinin kollektiv müdafiə daxil olmaqla, əsas sahələrdə əməkdaşlığın inkişafına diqqət yetirəcək", - sənəddə qeyd olunur.

Bəyanatda həmçinin qeyd olunur ki, Kanada Baş naziri Berlində Almaniya Federal Kansleri Fridrix Merts ilə görüşəcək.

Seçilən
34
3
report.az

6Mənbələr