AZ

Ermənistandan Rusiyaya kənd təsərrüfatı məhsulları daşıyan yüzlərlə yük maşını geri qaytarılıb

Rusiyaya idxal edilən Ermənistan kənd təsərrüfatı məhsulları geri qaytarılıb.

"Report" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan sosial media hesabında paylaşım edib.

D.Qarnik bildirib ki, Gürcüstan vasitəsilə Rusiyaya idxal edilən kənd təsərrüfatı məhsulları ilə dolu yük maşınları Ermənistana geri qayıdır.

Onun sözlərinə görə, sürücülər keçidə icazə verilməməsinə "fitosanitar problemlər"in səbəb göstərildiyini deyiblər.

Deputat digər yüklərlə, xüsusilə tikinti materialları ilə olan avtomobillərin də ciddi yoxlamaya məruz qaldığını bildirib.

Seçilən
24
14
report.az

10Mənbələr