AZ

Maduro ABŞ ın addımlarına cavab olaraq ölkəsində səfərbərlik kampaniyasını dəstəkləyib

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Venesuela Prezidenti Nikolas Maduro ABŞ tərəfindən mümkün müdaxilə təhlükəsinə cavab olaraq Bolivar Milli Polisinə səfərbərlik və çağırış kampaniyasını dəstəklədiyini bəyan edib.APA xəbər verir ki, bu barədə "Venezolana de Television" telekanalı məlumat yayıb.

“Biz vətənpərvərliyin və Venesuelaya olan sevginin parlaq təzahürünün şahidi olduq. Kim öz vətənini və ailəsini qorumursa, özünü də qoruya bilməz. Kim öz vətənini və ailəsini sevmirsə, heç nəyə qadir deyil”, – deyə Maduro bildirib.

Qeyd edək ki, avqustun 19-da "NBC" telekanalı xəbər vermişdi ki, Pentaqon narkokartellərlə mübarizəni gücləndirmək məqsədilə Venesuela sahillərinə üç hərbi gəmidən ibarət dəstə göndərib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
1
apa.az

2Mənbələr