AZ

WP: Pentaqon sentyabrda Çikaqoya minlərlə milli qvardiyaçı göndərəcək

Pentaqon sentyabr ayında İllinoys ştatının Çikaqo şəhərinə cinayətkarlıqla mübarizə aparmaq üçün ABŞ Milli Qvardiyasının bir neçə min hərbçisini göndərməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.

Məlumata görə, belə bir plan artıq bir neçə həftədir, hazırlanır. Mənbələrindən birinin nəşrə bildirdiyinə görə, bu model gələcəkdə digər böyük şəhərlərdə cinayətkarlıq, evsizlik və qeyri-qanuni miqrantlarla mübarizə aparmaq üçün istifadə edilə bilər.

İyun ayında ABŞ administrasiyası yerli hakimiyyətin etirazlarına baxmayaraq, Los-Ancelesə 4 min milli qvardiyaçı və 700 dəniz piyadası göndərmişdi. Çikaqoda bu cür əməliyyatlara peşəkar hərbçilərin cəlb edilməsi də müzakirə olunub, lakin nəşrin iki həmsöhbəti belə bir ssenarinin az ehtimal olunan hesab edib.

Ağ Ev bu məlumatı qəzetə şərh etməyib, Pentaqon nümayəndəsi isə gələcək əməliyyatlar barədə spekulyasiyaya yol verməyəcəyini bildirib. İllinoys ştatının qubernatoru Mett Hill qəzetə bildirib ki, ABŞ administrasiyası onun ərazisində Milli Qvardiya döyüşçülərinin mümkün yerləşdirilməsi ilə bağlı yerli hakimiyyətlə əlaqə saxlamayıb. O həmçinin qeyd edib ki, ştat rəhbərliyi belə bir təşəbbüsü dəstəkləməyəcək.

WP-nin materialında qeyd olunub ki, təxminən 2,7 milyon əhalisi olan Çikaqo qətllərin ümumi sayına görə digər ABŞ şəhərləri arasında ilk sırada qərarlaşıb. 2024-cü ildə orada 573 nəfər qətlə yetirilib.

Seçilən
102
1
report.az

10Mənbələr