Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Niderlandın ifrat sağçı Azadlıq Partiyası sığınacaq axtaranların qəbulunun tam dayandırılmasını, qaçqınların yerləşdirildiyi mərkəzlərin bağlanmasını, həmçinin ən azı bir dəfə məhkum olunmuş miqrantların ölkədən çıxarılmasını tələb edib.APA xəbər verir ki, bu barədə partiyanın yenilənmiş proqramına istinadən məlumat yayıb.
Azadlıq Partiyası yeni qaçqınların qəbuluna “tam qadağa” qoymağı və bütün yerləşdirmə mərkəzlərini bağlamağı vəd edir. Partiya bildirir ki, Niderlandda hər 11 gündən bir yeni qaçqın mərkəzi açılır və ümumilikdə belə müəssisələrin sayı 300-dən çoxdur.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.