AZ

Ukrayna yığmasının gənc futbolçusu “Benfika”ya keçir

BAKI, 24 avqust. TELEQRAF

"Şaxtyor"un hücumameyilli yarımmüdafiəçisi Georgi Sudakov "Benfika"ya keçə bilər.

Teleqraf “Record”a istinadən xəbər verir ki, Portuqaliya təmsilçisi Ukrayna millisinin oyunçusu ilə yaxından maraqlaınır.

“Benfika”nın transfer siyahısında 22 yaşlı ukraynalı oyunçunun ilk sırada yer aldığı bildirilir.

Qeyd edək ki, gənc futbolçu bu mövsüm "Şaxtyor"un heyətində meydana çıxıdığı 9 oyunda 2 məhsuldar ötürmə edib. “Transfermarkt” Sudakovun transfer dəyərini 32 milyon avro qiymətləndirir.

Seçilən
11
teleqraf.com

1Mənbələr