AZ

"İtin, bədən üzvlərinin sığortalanması...""Ölkəmizdə hansı sığorta növünə tələbat var? - AÇIQLAMA+ÖZƏL

Sığorta, sığortaçının başqa bir şəxsə müəyyən gözlənilməz hadisələrdən və ya təhlükələrdən dəymiş zərərləri ödədiyi müqavilədir. Sığorta maliyyə risklərinizi idarə etməyin bir yoludur. Bəs görəsən ölkəmizdə ən çox hansı sığorta növlərindən istifadə olunur?

Eskpert Şahin İsmayılov Moderator.az-a açıqlamasında bildirib ki, Azərbaycanda ən populyar sığorta növü avtomobillərin sığortasıdır:

"Niyə görə populyardır? Cərimə sanksiyası var. Digər sığorta məhsulları əlbəttə ki, var. Avtomobilin kasko sığortası var, daşınmaz əmlakın icbari sığortası var, onun könüllü növü var. Hansısa itin, bədən üzvlərinin sığortalanması popyulyar deyil. Buna bir tələbat yaranarsa, sığorta şirkətləri bunu nəzərə alıb bazara çıxara bilərlər.. İş yerlərinin sığortası, sağlamlıq və səyahət sığortası da çox populyardır" - deyə ekspert bildirib.

Seçilən
30
moderator.az

1Mənbələr