Bu gün Azərbaycan Premyer Liqasında II turun növbəti oyunları keçiriləcək.
Bakues.az xəbər verir ki, ilk olaraq “Şamaxı” və “Sabah” komandaları üz-üzə gələcək.
Şamaxı şəhər stadionunda təşkil olunacaq görüş saat 17:00-da start götürəcək. Matçın baş hakimi Rəşad Əhmədov olacaq.
Günün ikinci qarşılaşmasında isə “Turan Tovuz” “Azersun Arena”da “Araz-Naxçıvan”ı qəbul edəcək.
Tural Qurbanovun baş hakim olacağı oyunun start fiti saat 19:30-da səslənəcək.
Qeyd edək ki, tura avqustun 25-də “Qəbələ” – “Zirə” matçı ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
II tur
24 avqust
17:00 “Şamaxı” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Akif Əmirəli, Kamran Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Nəriman Axundov
Şamaxı şəhər stadionu
19:30 “Turan Tovuz ” – “Araz-Naxçıvan”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əkbər Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Azersun Arena”