İtaliyanın "Napoli" klubunun prezidenti Aurelio De Laurentis A Seriyasını 16 komandaya endirilməsini istəyir.
Hafta.az xəbər verir ki, ölkənin “Corriere della Sera” qəzeti onun sözlərini sitat gətirib.
"Sistem bütün Avropada pozulub və böyük borcları ödəmək üçün inqilabi və sürətli islahatlara ehtiyac var. Getdikcə daha çox matçlar keçirilir, bu da getdikcə daha çox oyunçu tələb edir və bu, daha böyük xərclərə gətirib çıxarır", - De Laurentis bildirib.
Prezident A Seriyasının 1986-cı ildə olduğu kimi 16 komandayadək azalacağına ümid etdiyini deyib: “Bu, klubların əsas aktivi olan oyunçuların əhəmiyyətli dərəcədə yorğunluğunun və onların dəyərinin aşağı düşməsinin qarşısını alacaq. 16 komandanın iştirak etdiyi turnirdə televizorlarının qarşısına cəmi bir neçə min tamaşaçı toplayan və futbolumuzun kommersiya cəlbediciliyinə xələl gətirən matçlar da istisna olunar. Çoxları bunun gəlirləri azaldacağını iddia edir, lakin bu, doğru deyil, çünki digər matçların dəyəri artacaq”.
Qeyd edək ki, hazırda A Seriyasında 20 komanda iştirak edir.