AZ

Lənkəranda qadın qətlə yetirildi - Əri şübhəli bilinir

Lənkəran rayonunun Liman şəhərində 34 yaşlı qadın qətlə yetirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 1991-ci il təvəllüdlü Əfsanə Əkbər qızı Lələzadə bədənin müxtəlif nahiyələrində və boynunda kəsilmiş-deşilmiş xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə gətirilib.
 

Xəstəxanadan verilən məlumata görə, qadın həkimə çatdırılmadan əvvəl dünyasını dəyişib. İlkin məlumatlara görə, qətlin törədilməsində mərhumun həyat yoldaşı şübhəli bilinir.


Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
5
4
bizim.media

10Mənbələr