AZ

bp şirkəti Səngəçal terminalından neft ixracının həcmini açıqlayıb

ain.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-ci ilin birinci yarısında "Səngəçal" terminalından 106 milyon barel neft və kondensat ixrac edilib ki, bunun da əsas hissəsi Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə göndərilib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövründə ixracın həcmi 110 milyon barel olub və göstərici illik müqayisədə 3,6 faiz azalıb.

Göstərilən müddətdə "AÇG" və "Şahdəniz" yataqlarından neft və qaz sualtı boru kəmərləri ilə "Səngəçal" terminalına axmaqda davam edib.

Bu gün terminalın gündəlik gücü 1,2 milyon barel neft və kondensat, həmçinin "Şahdəniz" yatağından təqribən 81 milyon standart kubmetr qazdır. Qazın emalı və ixracı üzrə ümumi gücü, o cümlədən AÇG-dən səmt qazı sutkada 100 milyon standart kubmetrə çatır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
6
baku.ws

7Mənbələr