ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müğənni Samir Piriyevin qızı Aişə ali məktəbə qəbul olub.
Axşam.az xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb. Onun övladı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dizayn ixtisası (interyer dizaynı, sənaye dizaynı, qrafik dizayn, geyim dizaynı, kukla rəssamı) üzrə əyani təhsil formasına qəbul edilib:
“Aişə qızımız da tələbə adını qazanıb. Qəbul olan hər kəsin zehni açıq olsun, yeni və maraqlı tələbə həyatlarında bol uğur qazanmalarını arzulayıram. Hər kəs öz övladından görsün bu gözəl günləri, inşallah.”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.