AZ

Rusiya ordusu 95 PUA-nı vurdu

Ajans.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.  Bildirilib ki, ötən gecə Ukraynaya məxsus 95 pilotsuz uçuş aparatı (PUA) ölkənin müxtəlif bölgələrində hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. PUA-lar Bryansk, Tver, Kaluga, Orlov, Tambov, Novqorod, Belqorod, Rostov, Kursk, Smolensk, Samara və Leninqrad vilayətlərində, həmçinin Krım və Tatarıstan üzərində zərərsizləşdirilib.

Hadisə nəticəsində Leninqrad vilayətində “NOVATEK” terminalında yanğın baş verib. İlkin məlumata görə, xəsarət alan yoxdur. Vilayətin qubernatoru Aleksandr Drozdenko açıqlayıb ki, Ust-Luqa limanı üzərində 10 PUA vurulub.

Seçilən
18
3
Ajans.az

3Mənbələr